NATO Rusiyanın Almaniyanın ən böyük silah istehsalçısı “Rheinmetall” şirkətinin rəhbəri Armin Pappergerə sui-qəsd təşkil etməyi planlaşdırdığını təsdiqləyib.
Bu barədə NATO baş katibinin köməkçisi Ceyms Appaturay danışıb:
“Son bir neçə ildə biz NATO ölkələrində təxribat cəhdlərinin şahidi olduq. Mən qatarların relsdən çıxarılmasını, yandırma hücumlarını, siyasətçilərin əmlakına hücumları, sənaye liderlərinə sui-qəsd planlarını, məsələn, Rheinmetall şirkətinin rəhbərinin öldürülməsini nəzərdə tuturam”.
Appaturay qeyd edib ki, sui-qəsd cəhdinin qarşısı Almaniya və ABŞ kəşfiyyat xidmətləri tərəfindən alınıb.
Rheinmetall Ukrayna ordusu üçün müxtəlif növ silahlar, o cümlədən artilleriya mərmiləri, zirehli maşınlar və hava hücumundan müdafiə sistemləri istehsal edir.
Paperger-ə hücum haqqında məlumat 2024-cü ilin yayında CNN də daxil olmaqla bir sıra Qərb mediasında yayılıb.