Netanyahu İran xalqına: İsrail sizinlədir

Netanyahu İran xalqına: Rejim sizi uçuruma aparır, İsrail sizinlədir.

İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət etdiyi video yayımlayıb və deyib ki, İran rejimi öz əhalisini vecinə almır və xalqı uçuruma aparır, baxmayaraq ki, İran tezliklə “azad olunacaq”. Onun sözlərinə görə, İsrail İran xalqının yanındadır. 

“İran xalqı bilməlidir ki, İsrail sizinlədir. Gəlin gələcəyimizi firavanlıq və sülh içində birlikdə görək”. – Netanyahu bildirib. 

Videomüraciətdə İsrailin baş naziri həmçinin İsrailin uğurlu hərbi əməliyyatları, Həmas və Hizbullah komandirlərinin öldürülməsindən danışıb və qeyd edib ki, İsrail regionun bütün yerlərinə “çatacaq”. 

“Yaxın Şərqdə İsrailin çata bilməyəcəyi, xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz yer yoxdur”. – Netanyahu bildirib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcü Arzusu”nun seçki proqramının təqdimatı təxirə salınıb

Növbəti Məqalə

Zurabişvili MSK haqqında nə deyir?

Oxşar Xəbərlər