İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında görüşüb.
Keçmiş prezidentin kampaniyasının yaydığı bəyanata görə, Netanyahu Tramp və administrasiyasına Yaxın Şərq regionunda sabitliyin qorunması, İbrahim razılaşmaları, ABŞ səfirliyinin Qüdsə köçürülməsi, Qasım Süleymaninin ləğvi, İranla nüvə sazişinin dayandırılması, Amerikada və xaricdə antisemitizmlə mübarizə apardığı və göstərdikləri səylərə görə təşəkkür edib.
Məlumat üçün bildirək ki, cümə axşamı, iyulun 25-də Netanyahu ilə görüşdən sonra Kamala Harris İsrailin baş naziri ilə söhbəti zamanı İsrail və HƏMAS arasındakı münaqişə və həmçinin Qəzzadakı vəziyyət ilə bağlı ciddi narahatlığını dilə gətirmişdir.