Netanyahunun Qeysəriyyədəki evinə Livan pilotsuz təyyarəsi tərəfindən hücum edilib, xəsarət alan olmayıb.
Livandan buraxılan pilotsuz təyyarə İsrailin sahilyanı Qeysəriyyə şəhərində İsrailin baş naziri Binyamin Netanyahuya məxsus şəxsi evə hücum edib. Pilotsuz təyyarənin partlaması nəticəsində xəsarət alan olmayıb – Netanyahu və həyat yoldaşı iqamətgahda olmayıblar.
İsrail Müdafiə Qüvvələrindən sonra Netanyahunun ofisi rəsmi açıqlama yayaraq “bina vurulub” deyib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Netanyahunun iqamətgahı yaxınlığında partlayan pilotsuz təyyarə Livandan atılan üç pilotsuz uçuş aparatından biridir. Qalan 2 pilotsuz təyyarə artıq İsrail Müdafiə Qüvvələri tərəfindən vurulub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İsrail ordusu Livan pilotsuz təyyarələrinin İsrailin hava məkanını pozmasından sonra xəbərdarlıq sirenlərinin işə düşməməsinin səbəblərini də araşdırdığını bildirib.