Rusiyanın Volqoqrad vilayətində Su-34 qırıcı-bombardmançı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb.
“Serafimoviç rayonunun sakinləri sosial şəbəkələrdə meşənin üstündən tüstünün göründüyü foto və videolar yayıblar”. – Rusiya mediası Baza yazır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ekipaj havaya qalxa bilib və pilotların həyatı üçün təhlükə yoxdur.
Düşməyə ilkin səbəb kimi texniki nasazlıq göstərilir.
Məlumatı Rusiya hökumət mediası RİA Novosti də yayıb.