Nika Melia azadlığa buraxılıb

Tbilisi Mall yaxınlığındakı aksiyada həbs olunan Nika Melia azadlığa buraxılıb. O, yüksək rütbəli polis məmurunun fiziki zorakılığından danışır.

“Mən heç vaxt belə aqressiv insanlar görməmişəm. Dəfələrlə həbs olunmuşam, amma heç vaxt polis binasında əli qandallı vəziyyətdə heç bir şəxslə fiziki təmasda olmamışam. Bu gün bu baş verdi. İsani-Samqori bölməsinin rəis müavini Qiorqi Çokuri ilə mübahisə etdim. Qiorqi Çokuri stulda oturan əli qandallı adamı təpiklədi. Ayağa qalxdım və adekvat cavab verdim. Bu şəxsi 7-8 polis tutdu. O, ikinci dəfə hücuma başlayanda araya öz işçiləri qatıldı”, – deyə Nika Melia azadlığa çıxdıqdan sonra hüquq-mühafizə orqanlarını hadisənin videogörüntülərini dərc etməyə çağırıb.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Vəkil: 2 nəfər İnqoroqva klinikasına aparılıb, hər ikisi döyülüb, hər ikisinin beyini silkələnib

Növbəti Məqalə

Kalas: Gürcüstan namizəd ölkə kimi heç bir ümidi doğrultmur

Oxşar Xəbərlər