„İmedi” telekanalının müraciəti əsasında Niko Manaqadzeyə qarşı cinayət işi başlanıb
„Azadlıq uğrunda” tələbə hərəkatının lideri, fəal Niko Manaqadze Facebook-da yazır ki, “TV İmedi”nin müraciəti əsasında ona qarşı jurnalist fəaliyyətinə maneçilik törətdiyinə görə cinayət işi başlanıb.
“Mənə Xüsusi İstintaq Xidmətindən zəng gəlib, dedilər ki, jurnalist fəaliyyətinə maneçilik törətməklə bağlı cinayət işi açılıb və siz agentliyə məlumat verməlisiniz.
Nə baş verdi: Canlı efirdə “İmedi” teleşirkətinin jurnalistindən soruşdum ki, həmkarına („Mtavari” kanalın operatoru) polis zorakılığını, kameranın sındırılmasını və qanunsuz saxlanmasını qınayıblarmı – və tamaşaçılarına bu haqqda deyiblərmi? bununla bağlı görüntüləri efirdə yayımlayıblarmı?
Ən acınacaqlısı isə odur ki, (yumşaq desək) media nümayəndəsinin işinə doğrudan da müdaxilə edən, ona fiziki təzyiq göstərən, kameranı sındıran, həbs edən o “polis”lərə qarşı iş açmadılar.” – Manaqadze yazır.