Nikol Paşinyan Gürçustandadır

Biz regionda sülh üçün öz rolumuzu oynamağa hazırıq – Kobaxidze Paşinyana

İrakli Kobaxidze Gürcüstanda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdən sonra Kobaxidze birgə brifinqdə erməni həmkarı ilə müzakirə olunan mövzular barədə danışıb.

“Bugünkü görüşdə mən cənab Paşinyana tarixi qərarına, Abxaziya və Tsxinvali bölgəsində məcburi köçkünlərin və qaçqınların geri qaytarılması ilə bağlı BMT qətnaməsini dəstəklədiyinə görə təşəkkür etdim. Bu qərar ölkələrimiz arasında münasibətləri daha da gücləndirəcək. Həmçinin, görüşdə mən ona Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür etdim. Biz həm də Gürcüstan və Ermənistan arasında bütün istiqamətlərdə – istər siyasi, istərsə də iqtisadi əməkdaşlıqdan danışdıq və ona bildirdim ki, mədəniyyət, təhsil və ya digər sahələrdə əməkdaşlıq bizim üçün eyni dərəcədə prioritetdir.

Gürcüstan Cənubi Qafqazda sabitliyin və dinc yanaşı yaşamanın tərəfdarıdır. Bu baxımdan, regiondakı çağırışların həlli prosesində birgə səylərimizin vacibliyini vurğulamaq istərdim. Ölkəmiz Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesinin inkişafını və xüsusilə Ermənistan hökumətinin qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini alqışlayır. Biz öz imkanlarımız daxilində regionda sülhün və sabitliyin təmin olunmasında öz rolumuzu yerinə yetirməyə hazırıq”, – deyə Kobaxidze bildirib.

Neytral.ge xəbər verir ki, bu gün, sentyabrın 16-da Paşinyan Gürcüstana rəsmi səfərə gəlib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İran prezidenti Məsud Pezeşkian Rusiyaya gəlir

Növbəti Məqalə

Prezident Qaxariya və Xazaradzeni sabah birləşmə danışıqlarına dəvət etdi

Oxşar Xəbərlər