Nikol Paşinyan sülh sazişi ilə bağlı nə dedi

Azərbaycanı 16 maddədən ibarət sülh sazişini bağlamağa dəvət edirəm – Paşinyan

Nikol Paşinyan: “Əvvəllər sülh layihəsində 18 maddə var idi, indi bəzi maddələr çıxarılıb, məsələn, Azərbaycan özü kommunikasiya maddəsinin çıxarılmasını elan edib. Biz deyirik ki, nə razılaşdırılıbsa, sülh müqaviləsi kimi imzalayaq, başqa məsələlərlə bağlı müzakirəni davam etdirək.

İndi Azərbaycan tərəfi deyir ki, yox, vacib məsələlər var ki, onları müzakirə etmək lazımdır.

Sualımız belədir: bu məsələləri dilə gətirəndə yenə vacib məsələlər qalmayacaq? Bununla vacib məsələlər bitəcək?

Əgər bütün vacib məsələləri həll edib, sülh müqaviləsini sonra imzalamaq lazımdırsa, o zaman biz heç vaxt imza ata bilməyəcəyik.

Çünki 4 vacib məsələdə razılığa gəlsək, hələ razılaşdırılmalı olan 4 vacib məsələ ortaya çıxır. Onları razılaşdıranda da yeniləri çıxacaq. Ona görə də, gəlin, nəyi razılaşdırmışıqsa, imzalayaq”.

Neytral.ge xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı bu sözləri deyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

İvanişvili ən toxunulmaz resursu, özünü riskə atdı – Eka Beselia

Növbəti Məqalə

Laşa Talaxadze və Qeno Petriaşvili seçki siyahında yer alıb

Oxşar Xəbərlər