Nino Dolidze: “Biz “Rusiya qanunu”na uyğun olaraq reyestrdə qeydiyyatdan keçmək fikrində deyilik”

Biz “Rusiya qanunu”na uyğun olaraq reyestrdə qeydiyyatdan keçmək fikrində deyilik və qeydiyyatdan keçməyəcəyik”

Neytral.ge xəbər verir ki, bu barədə “Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin” icraçı direktoru Nino Dolidze jurnalistlərə müsahibə verərkən qeyd edib.


Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın Avropaya inteqrasiya prosesinin dayandırılmasına gətirib çıxaracaq.

“Biz “Rusiya qanunu”na uyğun olaraq qeydiyyatdan keçmək fikrində deyilik, çünki bu qanun insan hüquqlarına, Gürcüstan Konstitusiyasına ziddir, həmçinin ən əsası bu qanun Gürcüstanın Avrointeqrasiya prosesinin dayandırılmasına və ümumiyyətlə, demokratik inkişafın ləngiməsinə gətirib çıxaracaq, ona görə də təbii ki, ölkəmizin milli maraqlarına zidd olan belə bir qanuna uyğun olaraq qeydiyyatdan keçməyəcəyik”, – Dolidze bildirib.

Məlumat üçün bildirək ki, xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların reyestrində qeydiyyat müddəti bu gün başa çatır.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ermənistan KTMT-də “bütün səviyyələrdə” iştirakını dayandırıb

Növbəti Məqalə

Çxinvalinin işğalçı rejimi 17 yaşlı qızı həbs ediblər

Oxşar Xəbərlər