Niyə İvanişvili və Ğaribaşvili seçki proqramının təqdimatına qatılmayıblar
“Gürcü arzusu”nun seçki siyahısında birinci və üçüncü nömrələr seçki proqramının təqdimatına qatılmayacaq. Jurnalistlər partiyanın fəxri sədri Bidzina İvanişvili və sədri İrakli Ğaribaşvilinin tədbirdə iştirak etməməsi ilə bağlı komanda yoldaşlarına suallar veriblər.
“Bu, siyasi şuranın qərarı idi. Həmin şəxslərin proqram haqqında ətraflı məlumatı var və baş nazirin təqdim etdiyi proqram onlarla razılaşdırılıb… Bu, partiyadaxili qərardır”, – Qivi Mikanadze “Gürcü Arzusu” partiyasında keçirilən brifinqdə sualı cavablandırarkən deyib.
Parlamentdə də bu məsələ ilə bağlı suallar qaldırılıb. “Gürcü arzusu” siyahısında 53-cü olan Eka Sepaşvili hesab edir ki, bu, Bidzina İvanişvilinin iştirak etməsi “qaçılmaz zərurət” olduğu tədbir deyildi.