“New York Post” qəzeti Nyu-York polisinə istinadən xəbər verir ki, gecə klubunda baş verən atışma nəticəsində azı 10 nəfər yaralanıb.
“New York Post”un məlumatına görə, insident yerli vaxtla saat 23:20-də “Amazura” gecə klubunun yaxınlığında baş verib.
Nyu-York polisinin məlumatına görə, yaralıların həyatı üçün təhlükə yoxdur.
Atışmanın səbəbi hələlik məlum deyil.