Parlament seçkilərinə bir gün qalmış oktyabrın 25-i istirahət günü elan edilib.
Neytral.ge xəbər verir ki, bu qərarı hökumət MSK-ya müraciət əsasında qəbul edib.
3031 seçki məntəqəsindən 483-ü uşaq bağçası binalarında, 1675-i dövlət məktəb binalarında, 873-ü isə digər təyinatlı binalarda yerləşir.
“Hökumətin qərarı MSK-ya müraciət əsasında qəbul edilib və ona əsasən, seçki məntəqələri dövlət məktəblərində və uşaq bağçalarında yerləşdiyi üçün iş günlərindəki fəaliyyət seçki məntəqələrinin vaxtında yerləşdirilməsinə mane ola bilər”, – deyə məlumatda bildirilir.
Oktyabrın 21-də hökumət 25 oktyabrın qeyri iş günü barəsində qərar qəbul edib. Qərar kommersiya banklarına, dövlət satınalmalarına şamil edilmir.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Yalnız 5 faizlik baryeri keçən partiya parlamentə daxil olacaq.