Okuaşvili kanalı yavaş-yavaş bağlayır, daha reklam yayımlanmır, sponsorlarımızı itirmişik – Mtavari Kanalı

“Mtavari” kanalının açıqlamasında bildirilir ki, təsisçilərdən biri Zaza Okuaşvili tədricən kanalı bağlamağa çalışır, artıq bir aydır ki, heç bir reklam yayımlanmır, kanal bütün sponsorlarını itirib, reytinq göstəricilərinin verilməsi də dayandırılıb.

“Mtavari kanal”ın həmtəsisçisi Zaza Okuaşvili sistemli şəkildə Rusiya rejiminə xas olan yolla gedir və 5 il ərzində ölkənin ən nüfuzlu tənqidi media orqanı statusunu möhkəm saxlayan kanalı tədricən bağlayır.

“Gürcüstanın regionlarında və ya xaricdə peyk vasitəsilə siqnalımızı qəbul edən bütün istifadəçilər üçün “Mtavari kanalı” artıq bağlanıb. Səbəb sadədir – Zaza Okuaşvilinin təyin etdiyi direktor Qoqi Kurdadze aylardır satış evinin hesabında yığılan pulu xidmət göstərən şirkətlərə köçürməkdən imtina edir. Üstəlik, Okuaşvilinin direktoru bu vəsaitlərin kanalın xeyrinə istifadə olunmasına ümumiyyətlə icazə vermir, tərəfdaş şirkətlərimizə əsassız ittihamlar və hədələrdən ibarət məktublar göndərir.

Eyni səbəbdən, fevralın əvvəlindən kabel televiziyası kanallarının da böyük bir hissəsi üçün siqnalımız kəsildiyi üçün “Mtavari kanal”ın yayımı daha da məhdudlaşdırılacaq.

Zaza Okuaşvilinin səyi ilə artıq bir aydır ki, heç bir reklam yayımlanmır, kanal bütün sponsorlarını itirib, çünki satış evi ilə müqavilə müddəti bitib, direktoru Qoqi Kurdadze isə Okuaşvilinin göstərişi ilə yenidən onun yenilənməsinə icazə vermir.

“Mtavari kanalı” da reytinq göstəricilərini təqdim etməyi dayandırıb və ödəniş edilmədiyi üçün yayım avadanlığının xidməti də kəsilib, əksər hallarda jurnalistlər hadisələrin episentrindən canlı yayıma çıxa bilmirlər.

Zaza Okuaşvili və onun icraçı direktoru Qoqi Kurdadzenin hərəkətləri şirkətə qəsdən ziyan vurmaq və tənqidi media qurumunu bağlamaq cəhdidir, hansı ki, “Gürcü arzusu”nun məqsədlərinə xidmət edir və açıq-aşkar cinayət əlamətlərini ehtiva edir ”, – deyə bəyanatda bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Bu, texniki qərardır – Boçorişvili diplomatik vizaların dayandırılması ilə bağlı

Növbəti Məqalə

AŞPA-da Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı təşəbbüs irəli sürülüb

Oxşar Xəbərlər