“Oliqarx qəhrəmanların ruhuna tüpürdü” – “Dapion” saat 19:00-da parlament qarşısında aksiya elan edib
Rusyönlülərin yaltaq bəyanatına görə Tbilisidə və bir neçə rayonda aksiya planlaşdırılıb. “Dapion” gənclər hərəkatı saat 19:00-da parlamentin qarşısına toplaşmağı planlaşdırır. Tələbələr iddia edirlər ki, Bidzina İvanişvili gürcü əsgərlərini terrorçularla müqayisə edib və onları osetin xalqının soyqırımında ittiham edib.
„ Oliqarx Gürcüstanın suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəhid qəhrəmanlarımızın ruhuna tüpürüb, eyni zamanda sağlıqlarını, həyatını və hər şeyini vətənləri üçün riskə atmış sağ veteranları, diri qəhrəmanları təhqir edib. Evdə qalıb buna reaksiya verməməyimiz, aksiyaya başlamamağımız mümkün deyildi. Odur ki, hamının çıxması vacibdir. Bu, hansısa konkret qrupun etirazı olmayacaq, bu, layiqli cəmiyyətin, ləyaqətli millətin etirazıdır, – “Dapion”un yaradıcısı Zviad Tsketladze deyir.