Vətəndaş Ninia Baramidzenin sözlərinə görə, fəal Levan Qatiaşvilinin oliqarx polisi “ evinə girərək 2 ədəd paralonu götürüb apardı”. O, bu barədə sosial şəbəkədə yazıb:
“Onlar dostum Levan Qatiaşvilinin evinə giriblər.
Hər şeyi məhv etdilər və 2 ədəd paralonu apardılar.
Ona dedilər ki, bu cinayət işi ilə bağlıdır.
Levan onlara dedi: “Məni də tutub aparın”, onların cavabı belə olub: “Bu, sizin işiniz deyil və detalları açıqlaya bilmərik”.
Paralonları alıb, evin fotolarını çəkib getdilər.
Bir az sonra Levanın maşınındakı videokamerada formasız bir adamın avtomobildə axtarış apardığı əks olunub.
Bu terror deyilmi?
Bu gün sistemlə mübarizə aparan vətəndaşlara qarşı zorakılıq deyimi?
Levana həmrəylik” – Ninia Baramidze sosial şəbəkədə yazır.