Onların heç biri vətəndaşların hüquqlarını qorumur – Zurabişvili

Prezident dövlət qurumları və komissiyaları haqqında: “Onların heç biri vətəndaşların hüquqlarını qorumur”

Ölkədə istehlakçıların hüquqlarını müdafiə etməli olan bütün dövlət qurumları artıq müstəqil deyillər ki, bu da demokratiyanın tənəzzülünün əyani əlamətidir – bu barədə prezident Salome Zurabişvili sosial şəbəkədəki şəxsi səhifəsində yazır.

“Burada sadalanan qurumların/komissiyaların heç birinin artıq müstəqil olmaması, heç birinin vətəndaşların hüquqlarını qorumaması, demokratiyanın tənəzzülünün acı və açıq-aşkar əlamətidir… və onlar nə ilə fəxr edirlər, nə ediblər!!!” – Salome Zurabişvili yazır və Rabitə Komissiyasının dərc etdiyi xəbəri paylaşır. 

Rabitə Komissiyasının yaydığı məlumatda yazılıb ki, ComCom üzvü Vaxtanq Abaşidze Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Konfransda ComCom layihələrini ümumiləşdirib.

“Rabitə Komissiyası, Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Milli Agentliyi, Milli Bank, Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası və Dövlət Sığorta Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Gürcüstanda “Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi”nin üçüncü beynəlxalq konfransı keçirilir”, – məlumatda oxuyuruq. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ukraynada daha bir gürcü döyüşçü öldürülüb

Növbəti Məqalə

„İRİ”n prezidenti: Gürcüstan seçkilərində Rusiyanın təsiri hiss olunurdu

Oxşar Xəbərlər