“Oreşnik”in hədəfi Kiyevdə yerləşən qərar mərkəzləri ola bilər – Putin
Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində nüvə qabiliyyətinə malik hipersəsli qitələrarası ballistik raket “Oreşnik”dən danışıb. O qeyd edib ki, bu silahların hədəfi Kiyevdəki qərar qəbuletmə mərkəzləri ola bilər.
“Hazırda Müdafiə Nazirliyi və Rusiya Ordusunun Baş Qərargahı Ukrayna ərazisində hədəfləri seçir. Bunlar Kiyevdəki hərbi obyektlər, müdafiə müəssisələri və ya qərar qəbuletmə mərkəzləri ola bilər” – Putin bildirib.