Dünən Pakistanın cənub-qərbində dəmiryol vağzalında güclü partlayış baş verib – 21 nəfər ölüb, 30 nəfər yaralanıb.
CNN-in məlumatına görə, hücuma görə məsuliyyəti separatçı silahlı qrup olan Bəluc Azadlıq Ordusu (BLA) öz üzərinə götürüb.
Baş nəzarətçi Baloxanın sözlərinə görə, hadisənin intihar hücumu olması ehtimalı var – “partlayış platformada çoxlu sayda sərnişin olan zaman baş verib” – o dedi.
Hadisə yerində araşdırmalar aparılır.