Papuaşvili səfirlər haqqında: bizim siyasətdə xarici iştirakın alətləşdirilməsi təcrübəmiz var.
Bu gün bizdə Gürcüstan vətəndaşları tərəfindən seçilmiş parlamentin ilk iclası keçirilir. Bu gün ilk növbədə vətəndaşlarımızın və onların seçdiyi parlament üçündür. Parlamentdə hökumət, konstitusiya orqanları, pravoslav kilsəsinin nümayəndələri və bu gün ölkəmizi gözəlləşdirən milli bayramımız olacaq. Xarici dövlətlərin nümayəndələrinin iştirakına və ya iştirak etməməsinə gəlincə, bizim Gürcüstan siyasətində xarici iştirakın alətləşdirilməsi ilə bağlı təəssüf doğuran təcrübəmiz var və hesab edirəm ki, bu, hamı üçün daha yaxşıdır, daha doğrudur, xarici güvvələrin daxili siyasətimizə yersiz müdaxilələri olmasın, məncə, parlamentdə bu ümumi yanaşmanın olması vacibdir.
“Gürcü Arzusu”nun liderlərindən biri, parlament sədrliyinə namizəd Şalva Papuaşvili parlamentin ilk iclasında səfirlərin iştirak etməməsi barədə bildirir.