Papuaşvili LGBT nümayəndələrinin hüquqlarını məhdudlaşdıran qanunu imzalayıb

Gürcüstan parlamentinin sədri LGBT nümayəndələrinin hüquqlarını məhdudlaşdıran qanunu imzalayıb. Əvvəllər Gürcüstan Prezidenti onu imzalamamışdı, buna görə Şalva Papuaşvili Salome Zurabişvilini tənqid etmişdi. Parlament sədrinin “Facebook” sosial şəbəkəsində dərc etdiyi yazılı açıqlamada deyilir:

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, mən Salome Zurabişvilinin imzalamadığı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram.

“İmzaladığım qanun indiki, müvəqqəti, dəyişən ideya və ideologiyaları əks etdirmir, sağlam düşüncəyə, tarixi təcrübəyə və çoxəsrlik xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır.

Mən yaxşı bilirəm ki, bu qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin biz gürcülər öz inancımız, sağlam düşüncəmiz və ölkəyə sədaqətimiz bunu tələb edəndə heç vaxt başqalarının qiymətləndirməsindən qorxmamışıq”, – parlament sədri deyib.

Daha sonra yazıb:

“Bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən ifadə azadlığını qoruyur ki, başqalarının hüquqları pozulmasın ki, bu da əsl demokratiyanın mahiyyəti və ideyasıdır.
Tolerantlıq gürcü xalqının fərqli xüsusiyyəti olub, var və olacaq. Lakin biz onu da dərk etməliyik ki, tolerantlıq qarşılıqlı hörmət əsasında birgə yaşamaq deməkdir”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Gürcüstan Xartiyası”nın prinsipləri vacibdir – Çiaberaşvili

Növbəti Məqalə

Kənd sakinləri körpünün bərpasını tələb edirlər

Oxşar Xəbərlər