Oqtay Kazımov – İctimai fəal, filoloq, ədəbiyyatşünas,
müxalif “Dəyişiklik Koalisiyası” nın üzvü.
Bu gün koalisiyanın təqdim etdiyi proporsional seçki siyahısında Oqtay Kazımov 10-cu yerdə göstərilib.
O, həmçinin “Fəallar Gələcək Naminə” siyasi hərəkatının nümayəndəsidir. Bu hərəkat ölkəmiz Gürcüstanda gördükləri işləri ilə tanınmış gənclərin əhəmiyyətli bir hissəsini özündə birləşdirir.
Aqil Mustafaev – “Güclü Gürcüstan” koalisiyasının üzvü.
Son bir neçə ildir ki, aktiv siyasətlə məşğul olan Aqil Mustafayev “Güclü Gürcüstan ” koalisiyasının proporsional seçki siyahısında yer alıb, o, siyahıda 22-ci yerdə qərarlaşıb.
Məlumat üçün bildiririk ki, Aqil Mustafayev 2012-c ildən aktiv siyasətlə məşğuldur. O, siyasi karyerasına “Vahid Milli Hərəkat” partiyasında başlayıb, lakin 2021-ci ildə könüllü olaraq partiyadan ayrılıb. 2024-cü ilindən isə müxalif “Lelo” partiyasına qoşulub.
Ceyhun Narzalov – Tanınmış tele-jurnalist, „Mtavari Arxi” kanalında illərdir fəaliyyət göstərən yeganə azərbaycanlıdır. Ceyhun Narzalov “Birlik – Milli Hərəkat” koalisiyasının seçki siyahısında yer alıb,o, siyahının 34-cü pilləsində göstərilib.
Məlumat üçün bildiririk ki, partiyanın təqdim etdiyi siyahıda o, yeganə azərbaycanlıdır.
Neytral.ge xəbər portalı olaraq hər üç namizədə bol-bol uğurlar arzulayırıq, bizim üçün sevindirici bir halldır ki, ölkənin ən boyük və güclü müxalif partiyalarında soydaşlarımıza yer ayrılıb və inanırıq ki, hər üç namizəd seçkilərdə qalib olaraq, bölgəmizi və millətimizi layiqincə təmsil edəcəklər!