Parlament LGBT təbliğatına qarşı hazırlanmış qanunvericilik dəyişiklikləri paketinin müzakirəsinə qayıdır

Parlament LGBT təbliğatına qarşı hazırlanmış qanunvericiliyə düzəlişlər paketinin müzakirəsinə qayıdır.

Neytral.ge xəbər verir ki, Qanunvericilik paketinin müəllifi və təşəbbüskarları parlamentin sədri Şalva Papuaşvili və çoxluğun üzvləri: Mamuka Mdinaradze, Anri Oxanaşvili, Rati İonatamişvili, Maka Boçorişvili, Davit Matikaşvili, Tengiz Şarmanaşvili, İrakli Şatakişvili və Sozar Subaridir.

Sentyabrın 2-də Hüquq məsələləri komitəsi layihəni maddə-maddə ikinci oxunuşda müzakirə edəcək və daha sonra məsələ plenar iclasda müzakirəyə çıxarılacaq.

Qanunvericilik paketi 19 qanun layihəsindən ibarətdir. Bunlardan başlıcası “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” adlı layihə, qalan 18-i isə ondan irəli gələn layihələrdir.

Qanunvericilik paketinin müəlliflərinin açıqlamalarına görə, qanun layihəsinin təşəbbüskarı olmaqda məqsəd qadın və kişi birliyinə əsaslanan ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi mexanizmlərinin gücləndirilməsidir.

Qeyd edək ki, Qanunvericilik paketi bir sıra qadağa və məhdudiyyətlərin müəyyən edilməsini nəzərdə tutur.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Sirtsxviliya Hərakatı”qeydiyyatdan imtina edir

Növbəti Məqalə

Qiorqi Vaşadze: ““Gürcü arzusu”nun parlament seçkiləri reytinqi 20% civarında olduğu üçün məğlub olacaq

Oxşar Xəbərlər