Parlament müxalifətdən olan 49 deputatın səlahiyyətlərinə xitam verib

Parlamentin “Gürcü arzusu” və “Xalq hakimiyyəti” nümayəndələrinin iştirak etdiyi plenar iclasında 49 müxalifətçi deputatın səlahiyyətləri dayandırılıb. 

“Birlik – Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Güclü Gürcüstan” partiyalarının üzvlərinin mandatlarının dayandırılması məsələsi müzakirə olunub.  “Gürcüstan Naminə” baryeri keçən 4-cü tərəf mandatına xitam vermək üçün qanunverici orqana müraciət etməyib. 

Birlik-Milli Hərəkat koalisiyası və Dəyişiklik Koalisiyası noyabrın 12-də parlament siyahılarının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət edib və 11-ci çağırış Parlamentinə daxil olmaqdan imtina edib.

“Güclü Gürcüstan” koalisiyasının üzvləri də mandatdan imtina barədə bəyanatlarla Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Ərdoğan və Əl-Şaraya Suriyada Türkiyə aviabazalarının tikilməsi məsələsini müzakirə ediblər

Oxşar Xəbərlər