Gürcüstan parlamenti plenar iclasda prezident seçkilərinin tarixi ilə bağlı qərar qəbul edib.
300 seçici 2024-cü il dekabrın 14-də Gürcüstanın növbəti prezidentini seçəcək.
Dekabrın 29-u prezidentin andiçmə mərasiminin keçiriləcəyi tarix adlandırılıb.
“Xatırladırıq ki, prezident 5 illik müddətə seçilir. 2017-ci ildə prezidentin seçilməsi proseduru dəyişdi, indi prezident 300 nəfərdən ibarət kollegiya tərəfindən seçiləcək. Hazırkı prezidentin səlahiyyət müddəti dekabrın 16-da başa çatır”. – parlamentin sədri Şalva Papuaşvili plenar iclasda bildirib.