Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 13 nəfər ölüb
Dağıstan Respublikasının paytaxtında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 13 nəfər ölüb, 23 nəfər yaralanıb. Rusiya hökumət mediası TACC məlumatı Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin bəyanatına əsaslanaraq dərc edir.
Sentyabrın 27-də baş verən partlayış nəticəsində yanacaqdoldurma məntəqəsində və yaxınlıqdakı yeməkxanada yanğın baş verib, yanğın artıq söndürülüb. Partlayış nəticəsində ölənlər arasında 2 azyaşlı da var.
Dağıstan hakimiyyəti sentyabrın 28-ni matəm günü elan edib və partlayışla bağlı cinayət qanunu çərçivəsində istintaqın başlandığını bildirib.
Bu ilin avqustunda Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 35 nəfər həyatını itirib, 115 nəfər yaralanıb.