Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə ABŞ-ın vitse-prezidenti C.D.Venslə görüşüb.
Paşinyanın ofisinin yaydığı bəyanata görə, görüşdə tərəflər ABŞ-Ermənistan münasibətlərini və regional gündəliyi müzakirə ediblər.
“Mənim Ağ Evdə ABŞ-ın vitse-prezidenti Cey Di Venslə mənalı görüşüm oldu. Yaxşı söhbətimiz oldu”. – Paşinyan Facebook səhifəsində yazıb və görüşün şəklini yayıb.