Paşinyan: Ermənistan Konstitusiyasında dəyişikliyə ehtiyac yoxdur

Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasında düzəlişlərin edilməsini sülh prosesi üçün vacib saymır.

Azərbaycan Ermənistan Konstitusiyasında ona qarşı ərazi iddialarının olduğunu və bunun iki ölkə arasında sülh müqaviləsinə əngəl yaratdığını desə də, Paşinyan bunu qəbul etmir.

Paşinyan bildirib ki, Ermənistan Konstitusiyası Azərbaycanın ərazisinə heç bir iddia ehtiva etmir. Onun sözlərinə görə, Bakının təzyiqi altında Konstitusiyaya dəyişikliklərin edilməsi mümkün deyil.

“Ermənistan Konstitusiyasının heç bir müddəası qonşu ölkələrə ərazi iddiaları ehtiva etmir. Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın daxilində əks olunan müddəalara aiddir”, – Paşinyan özünün rəsmi “X” hesabında yazıb.

Bildirilir ki, bu bəyanat Ermənistan müxalifət qruplarının və ictimaiyyətin mövqeyi ilə üst-üstə düşür, onlar əsas qanunun xarici təsir altında dəyişdirilməsinə qarşıdırlar.

Rəsmi Bakı hələ ki Paşinyanın açıqlamasına cavab verməyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Uşaqdır,uşaq! Sandro Kinkladzeyə və amansızcasına döyülən hər kəsə dəstəyəm” – Duta Sxirtladze

Növbəti Məqalə

Messi, Suares, Buskets və Alba Bakıya gəliblər

Oxşar Xəbərlər