Paşinyanın sülhpərvər mövqeyi prosesə pozitiv töhfə verir – Hakan Fidan

Türkiyənin Xarici İşləri naziri Hakan Fidan Azərbaycan-Ermənistan arasındakı danışıqlar barədə fikir bildirib.

Fidan deyib ki, Cənubi Qafqaz Türkiyə üçün Mərkəzi Asiyaya açılan qapıdır.

Jurnalistlər qarşısında çıxış edən Hakan Fidan belə danışıb:

“Bölgəmizdə uzunmüddətli sülh, sabitlik və rifah üçün tarixi bir fürsət pəncərəsi açılıb. Əminəm ki, Ermənistan da bu prosesi uzunmüddətli strateji baxışla dəyərləndirəcək.

Baş nazir Nikol Paşinyanın bu istiqamətdə verdiyi müsbət bəyanatları vacib hesab edirik. Onun sülhpərvər mövqe ifadə etməsi bu prosesə müsbət töhfə verir.

Ankara tərəflər arasında vasitəçilərsiz birbaşa danışıqları dəstəkləməyə davam edir. Sülhün təmin edilməsi bölgəmizin inkişafında analoqu olmayan yeni imkanlar yaradacaq”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ Konqresində “Gürcü arzusu” hökumətinin tanınmaması aktı qeydə alınıb

Növbəti Məqalə

Eka Beseliya – sistem öz qəddarlığını göstərmək istəyir – işi Strasburq məhkəməsinə hazırlayırıq

Oxşar Xəbərlər