Durov narkotik maddələrin yayılmasında və uşaq pornoqrafiyasında iştirakda ittiham olunub
Paris prokurorluğu həbsdə olan rusiyalı biznesmen Pavel Durova qarşı rəsmi ittiham irəli sürüb.
Prokurorluq Telegram messencerinin sahibi və yaradıcısının 12 maddə ilə məsuliyyətə cəlb olunmasını tələb edir:
- Qeyri-qanuni əməliyyatların aparılması üçün onlayn platformanın yaradılması və idarə edilməsi;
- Hüquq mühafizə orqanlarının əməkdaşlarına məlumat verməkdən imtina;
- Yetkinlik yaşına çatmayanların pornoqrafik materialının saxlanmasında iştirak;
- Mütəşəkkil qrup tərəfindən uşaq pornoqrafiyasının yayılmasında iştirak;
- Narkotiklərin paylanmasında iştirak;
- Haker proqramlarının yayılmasında iştirak;
- Mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluqda iştirak;
- Cinayət törətmək məqsədilə təşkil edilmiş dəstənin yaradılmasında iştirak;
- Çirkli pulların yuyulmasında iştirak;
- Bəyan etmədən kriptoqrafik xidmətlərin göstərilməsi;
- Qanunsuz kriptoqrafik məlumatların verilməsi;
- Qanunsuz kriptoqrafik vasitələrin idxalı;
Neytral.ge xatırladır ki, Durov avqustun 26-da Paris hava limanında Fransa polisi tərəfindən həbs edilib. Hazırda rusiyalı iş adamı barəsində 48 saatlıq həbs qətimkan tədbiri seçilib.