Pedofil həbs edildi

32 yaşlı kişi onlarla uşaqla tanış olaraq onları intim videolar göndərməyə məcbur etdiyi üçün həbs edilib.

Neytral.ge xəbər verir ki, Xüsusi İstintaq Xidməti pedofiliya, cinsi zorakılıq və azğın hərəkətlərlə bağlı 8 fakt aşkar edərək, Sameqrelo bölgəsində yaşayan 32 yaşlı kişini həbs edib.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən R.K. qəsdən saxta Facebook və Instagram istifadəçi hesabları yaradıb və bu hesablar vasitəsilə Gürcüstanın müxtəlif şəhərlərində yaşayan 10-18 yaş arası onlarla qızla sistemli şəkildə əlaqə saxlayıb, onlara 15 yaşlı oğlanın fotolarını göndərib, onun həmyaşıdı kimi onların etibarını qazanaraq intim foto və videolar göndərməyə məcbur edir, əks halda ailə üzvlərini öldürməklə hədələyirdi. Həmçinin onları şantaj edərək ictimaiyyətə açıqladıqları şəkillərı montaj edərək çlpaq vəziyyətinə saldığı fotolarını dostları və qohumları ilə paylaşacağını bildirirdi.

Təqsirləndirilən şəxs zərərçəkmiş uşaqlardan intim foto və videogörüntüləri əldə etdikdən sonra eyni şəkilləri yaymaq hədəsi ilə yetkinlik yaşına çatmayanları bədənlərinin intim hissələrinə cinsi hərəkətlər etməyə, fotoşəkil çəkdirməyə və bu hərəkətləri əks etdirən videomateriallar hazırlayaraq ona göndərmələrini məcbur edirdi”, – deyə məlumatda bildirilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Vaşadze Mdinaradzeni yalançı adlandırdı

Növbəti Məqalə

“Güclü Gürcüstan” liderləri Diana İanse ilə görüşüblər.

Oxşar Xəbərlər