Peskov: ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında görüş planlaşdırılmır

Martın 10-da KİV Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələrinin görüşünün planlaşdırıldığı barədə məlumat yayıb. 

Dmitri Peskov görüşü rədd edib. Kreml sözçüsü jurnalistlərin görüşlə bağlı sualını belə cavablandırıb:

“Xeyr, təsdiq edə bilmərəm. Bu doğru deyil”.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da eyni mövzuya münasibət bildirmişdi.

“Görüş planlaşdırılmayıb. Mən sizə daha ətraflı məlumat verim, ABŞ-dan görüşlə bağlı məlumat daxil olmayıb”.

Bu il fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətinin görüşü olub. Tərəflərin fikrincə, görüş ölkələr arasında diplomatik münasibətlərin bərpasına xidmət edib.

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanındadır və onun martın 11-də ABŞ nümayəndələri ilə görüşü gözlənilir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Şimali Koreya bir neçə ballistik raket atıb

Növbəti Məqalə

Şimal dənizində neft tankeri və yük gəmisi toqquşub

Oxşar Xəbərlər