POG: Qisas almaq üçün atəş açdı – Saqarecoda bir nəfər qətlə görə ittiham edildi

Prokurorluq Saqarecoda qətl törətməkdə bir nəfəri ittiham edib. 

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, fevralın 7-də Saqareco bələdiyyəsinin kəndlərindən birində təqsirləndirilən şəxs qisas məqsədilə 1 nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi fevralın 8-də həbs ediblər. Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq döyüş materialı əldə etmə, saxlama) ilə ittiham irəli sürülüb ki, bu da on ildən on beş ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”, – Prokurorluğun məlumatında deyilir.

Saqarecoda qətl törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Q.K. fevralın 8-də isti izlərlə həbs edilib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

“Biz minimum tariflərlə işləyirik” – taksi sürücüləri etiraz yürüşünə hazırlaşır

Növbəti Məqalə

DİN: Miqrasiya İdarəsi 37 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb

Oxşar Xəbərlər