Tbilisinin Çinçadze 41 ünvanında bir nəfər küçədə skuter sürərkən sallanmış şəkildə olan məftilə ilişərək xəsarət alıb. Polis isə hadisəni görüb və xəsarət alan vətəndaşı “fövqəladə vəziyyət yaratdığına görə” cərimələyib.
Neytral.ge xəbər verir ki, bu barədə Vətəndaş Mariam Kvaraçxelia şəxsi Facebook səhifəsində yazıb.
“ Çinçadze 41 küçəsində skuter sürən vətəndaş hündürlükdən sallanmış məftilə ilişdi, məftil vətəndaşın boynuna dolandı və skuterdə olan kişi az qala boğulsun. Vətəndaş ağır xəsarətlər alıb. Patrul gəlib “fövqəladə vəziyyət yaratdığına görə” deyərək xəsarət alan vətəndaşı 250 lari cərimələdi”,-deyə Mariam yazır.