Polşa Xarici İşlər Nazirliyi “Gürcü arzusu”nun Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarına dair bəyanat yayıb və hökumətin bu addımından “məyus” olduğunu yazıb.
Nazirlik həmçinin yazır ki, o, Gürcüstan cəmiyyətinin avropapərəst istəklərini dəstəkləyir və hakimiyyəti dinc aksiya nümayəndələrinə qarşı zorakılıq etməməyə çağırır.
“Polşa Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətinin Avropa İttifaqı ilə üzvlüklə bağlı danışıqları dayandırmaq qərarından məyusdur.
Polşa gürcü cəmiyyətinin avropapərəst istəklərini dəstəkləməyə sadiq qalır və Gürcüstan hakimiyyətini dinc etirazlara qarşı zorakılığa əl atmamağa çağırır”, – bəyanatda deyilir.