Polşa prezidenti Gürcüstana nə üçün gəlir?

Duda: Seçki saxtakarlığının miqyasını müəyyən etmək lazımdır, çünki bunun baş verdiyi göz qabağındadır

Polşa prezidenti Anjey Duda Polşa radiosuna müsahibəsində Gürcüstanda keçirilən parlament seçkilərindən danışıb. Duda birbaşa deyir ki, seçki saxtalaşdırılıb və beynəlxalq araşdırmaya ehtiyac var. 

“Düşünürəm ki, beynəlxalq araşdırma lazımdır, Gürcüstanda seçki saxtakarlığının miqyasını müəyyən etmək üçün beynəlxalq müşahidəçilərin nəticələri diqqətlə yoxlanılmalıdır, çünki saxtakarlığın baş verdiyi göz qabağındadır”, – Duda deyir. 

Polşa prezidenti onu da qeyd edib ki, zərurət yaranarsa, Gürcüstana gələcəyini istisna etmir.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Papuaşvili: Seçkilər keçirildi, psevdosübutlar biabırçılıqdır

Növbəti Məqalə

Rovşən İsgəndərovun həbs edildiyi xəbəri yalandir – anonim

Oxşar Xəbərlər