Kreml rəhbərinin Alyansa üzv olan dövlətə qarşı əməliyyat təşkil etmək imkanı var

Polşanın hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Yaroslav Strşik bildirib ki, Vladimir Putin bir NATO ölkəsinə qarşı kiçik hərbi əməliyyata hazırlaşır. Onun ehtimalına görə, ilk hədəf Estoniya ola bilər. Rusiya Estoniyanın Narva şəhərini ələ keçirməyə artıq hazırdır. Yaxud İsveçin bir adasını zəbt etməyə cəhd göstərməyə çalışacaq.Strojik qeyd edib ki, Rusiya Federasiyasının hücuma hazır olması ilə bağlı tam məlumatı olmayan beyin mərkəzləri tərəfindən verilən proqnozlar yalnız fərziyyələrə əsaslanır. Bununla belə, o, etiraf edib ki, Kreml rəhbərinin Alyansa üzv olan dövlətə qarşı əməliyyat təşkil etmək imkanı var.

“Putin, əlbəttə ki, Baltikyanı ölkələrdən birinə qarşı bir növ mini əməliyyata, məsələn, məşhur Narvaya girməyə artıq hazırdır. Yaxud İsveç adalarından birinə daxil ola bilər”, – Strojik bildirib.

Onun sözlərinə görə, Putinin niyyətinə baxmayaraq, onun hərəkətləri Qərbin reaksiyası ilə məhdudlaşır.
“Qərbin Ukraynanı dəstəkləmək üçün birlikdə etdikləri onu göstərir ki, NATO-ya hücum edilsəydi, Qərbin cavabı daha da böyük olardı”, o əlavə edib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

ABŞ Konqresinin Azərbaycanda insan haqlarının pozulmasına görə bir sıra yüksək vəzifəli məmurlara sanksiyalar tətbiq olunmasını parlamentdə də müzakirə olunub

Növbəti Məqalə

Bir gicitkən uşağın sözləridir

Oxşar Xəbərlər