Prezident: Belə çıxır ki, prokurorluq məndən sübut gözləyir

Salome Zurabişvili prokurorluğa cavab verib ki, istintaq orqanı özü seçki saxtakarlığına dair sübutlar tapmalı və bunu Gürcüstan prezidentindən gözləməməlidir.

Zurabişvili brifinqə müxtəlif mümkün seçki pozuntularının göstərildiyi videoları göstərməklə başlayıb.

“Yaxşı, o canlı kadrlar var, hamınız belə görüntüləri görmüsünüz, çox yayılıb, izaha belə ehtiyacı olmayan kadrlardır, birbaşa soruşurlar ki, nə baş verib, 26 oktyabr seçkiləri necə keçirilib, dəlil və sübut göz qabağında. Belə çıxır ki, prokurorluq məndən sübut gözləyir, mən bunun əksini bilirdim, istintaq orqanı sübut tapmalı idi, bilirsinizmi, hər bir normal ölkədə belə olur. İstintaq orqanının prezidentdən dəlil istəməsi üçün belə bir presedent tanımıra və bilmirəm. Xarici nümayəndəliklərin qeyd etdiyi pozuntular da eynidir”. – prezident deyir.

Zurabişvilinin brifinqindən əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel mətbuat konfransında bildirib ki, Gürcüstanda keçirilən parlament seçkilərində “ciddi pozuntular qeydə alınıb”.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Herçinski: Gürcüstana qarşı bütün tədbirlərə baxılacaq

Növbəti Məqalə

Seçki pozuntuları ilə bağlı araşdırma aparmaq lazımdır – Borel

Oxşar Xəbərlər