Prezident: Mən Avropayönlü qüvvələrin yanında olacağam

Prezident: Əgər Avropayönlü qüvvələr seçkilərdə qalib gəlsələr, mən yəqin ki, onların yanında olacağam – bu barədə prezident Salome Zurabişvili müsahibə zamanı deyib.

Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində avropapərəst müxalifət qələbə qazanacağı təqdirdə, o, yəqin ki, onların yanında olacaq. Prezident “Politico”ya müsahibəsində qarşıdan gələn seçkilər və planlarından danışıb.

Nəşrin yazdığı kimi, jurnalistin onun ən böyük narahatlığı nədir sualına prezident belə cavab verir: “Biz Avropa İttifaqı ilə danışıqlara başlamaq üçün ilk şansı əldən verdik”.

“Əgər Avropayönlü qüvvələr və nizamnaməni imzalayan partiyalar seçkilərdə qalib gəlsələr, yəqin ki, mən bu nizamnaməni növbəti Avropa Şurasına çıxarmaq və danışıqların başlanmasını təmin etmək üçün onların yanında olacağam, hansısa mövqedən hələ müəyyənləşəcək” – Zurabişvili deyib.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Helsinki Komissiyası-Gürcüstan xalqı öz liderlərini demokratik yolla seçmək hüququna hörmət edən hökumətə layiqdir

Növbəti Məqalə

ABŞ ordusu Husilərin obyektlərinə hücum edib

Oxşar Xəbərlər