Prezident növbədənkənar brifinq təyin edib

Prezident Salome Zurabişvili brifinq keçirəcək – bu barədə prezident administrasiyasının mətbuat xidməti mediaya məlumat verib. 

Brifinq saat 19:00-da Orbeliani sarayında keçiriləcək. 

Salome Zurabişvili yəqin ki, prokurorluğa cavab verəcək. 

Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında Gürcüstan Prokurorluğu parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı araşdırmaya başlayıb – məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Məlum olur ki, Gürcüstan prezidenti dindirilməyə çağırılıb. Agentliyin məlumatına görə, Salome Zurabişvilinin istintaq orqanında dindirilməsi oktyabrın 31-nə təyin edilib.

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyası oktyabrın 29-da istintaq orqanına müraciət edib. 

Xatırladaq ki, Gürcüstanda keçirilən parlament seçkilərindən bir neçə saat sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Salome Zurabişvilinin həbsini tələb edib. 

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Rott: Böyük sinizm və təkəbbürdur

Növbəti Məqalə

Herçinski: Gürcüstana qarşı bütün tədbirlərə baxılacaq

Oxşar Xəbərlər