Mdinaradze: Biz prezident seçkilərinin tarixini yaxın günlərdə, parlamentin iclasında müəyyən edəcəyik
“Gürcü Arzusu”nun icraçı direktoru Mamuka Mdinaradzenin sözlərinə görə, “Gürcü arzusu” parlamentin ilk iclasından sonra prezidentin seçiləcəyi tarixi müəyyənləşdirəcək.
“Bilirsiniz ki, prezident seçkiləri parlamentin ilk iclasından sonra təyin olunmalıdır. Bunun üçün konkret müddət müəyyən edilib. Növbəti günlərdə Gürcüstan parlamentinin ilk iclasının təyin olunacağı tarixi də müəyyən edəcəyik. ”, – Mdinaradze brifinqdə bildirib.
Eyni zamanda, Mdinaradze brifinqdə qeyd edib ki, İrakli Kobaxidze “Gürcü arzusu”nun baş nazirliyə namizədi, Şalva Papuaşvili isə parlament sədri vəzifəsinə namizəd olacaq.