Prezident seçkilərin saxtalaşdırılması ilə bağlı məhkəməyə müraciət edib

Prezident səsvermənin gizliliyinin və seçkilərin universallığının pozulması ilə bağlı məhkəməyə müraciət edib.

Gürcüstan prezidenti Salome Zurabişvilinin iddiasını Konstitusiya Məhkəməsində prezidentin nümayəndəsi Eka Beselia qaldırıb.  İddia iki konstitusiya prinsipinin – səsvermənin gizliliyi və səsvermənin universallığının pozulmasından gedir. 

Eka Beseliyanın sözlərinə görə, prezident qeyd olunan prinsiplərin pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməklə vətəndaşların konstitusiya hüquqlarını qorumağa çalışacaq. 

“Təəssüf ki, Konstitusiya Məhkəməsinə etimadın olmamasına və bu məhkəmənin müstəqilliyinə məhkəmənin özü tərəfindən son qərarları ilə böyük zərbə vurulmasına baxmayaraq, bu iddia çox vacibdir. Amma bu hüquqi yoldur, prezident vətəndaşın konstitusiya hüquqlarını qorumaq üçün bütün hüquqi məkanların və bütün hüquqi mexanizmlərdən istifadə etməyə çalışır.

Ümid edirəm ki, məhkəmə sərtləşdirilən 30 günlük müddəti uzatmayacaq və ölkədə siyasi böhran olduğu üçün onu tez təyin edəcək, bu böhranın vaxtında və ədalətli həlli çox vacibdir. 

Məlumat üçün bildirək ki, prezident dünən, noyabrın 18-də Konstitusiya Məhkəməsində iddia qaldırma qərarını açıqlayıb.  Zurabişvilinin sözlərinə görə, konstitusiya və beynəlxalq hüququn prinsipləri ilə təmin edilən əsas hüquqlar pozulub.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

„Mtavari” telekanalının operatoru sərbəst buraxıldı

Növbəti Məqalə

DAM(DRİ): Polis mitinqi dağıtmaq üçün qeyri-mütənasib güc tətbiq etdi

Oxşar Xəbərlər