Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili müxalifət partiyaları ilə görüşür – görüş hazırda Salome Zurabişvilinin ofisində keçirilir.
Xatırladaq ki, keçmiş baş nazir Qiorqi Qaxariya və Gürcüstan prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransından Gürcüstana qayıdarkən qondarma “Tituşkalar” tərəfindən hücuma məruz qalıblar.
Şahidlərin dediyinə görə, hadisə yerində olan polis hadisəyə heç bir reaksiya verməyib.
Artıq bu gün prezidentin vəkili Eka Beselia baş vermiş hadisə ilə bağlı prokurorluğa şikayət edib.