Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Vaşinqtona işgüzar səfərə gəlib – o, yanvarın 20-də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.
Salome Zurabişvilinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də nəzərdə tutulub.
Xatırladaq ki, Salome Zurabişvili Respublikaçı konqresmen Co Vilson tərəfindən Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün dəvət olunmuşdu. Dəvət “Güclü Gürcüstan” koalisiyasının liderləri tərəfindən də qəbul edilib.