„Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Elene Xoştariya Atoneli iqamətgahında Gürcüstan prezidenti ilə görüş keçirib.
İclasdan çıxış edən müxalifətçi siyasətçi mediaya açıqlamasında ölkənin ali baş komandanı ilə cari siyasi proseslər və strateji vəzifələrlə bağlı məsləhətləşdiyini bildirib.
„Hesab edirəm ki, bütün bu böhran dövründə Salome Zurabişvilinin tarixi missiyası və bu rolu həm ölkə daxilində – cəmiyyətin, o cümlədən siyasi spektrin birləşməsində, həm də ölkədən kənarda təmsiletmə bacarığı var. Bunun hansı konkret formaları alacağı onun öz ixtiyarındadır. Sadəcə, siyasi proseslərdən danışmaq istədim, məsləhətləşmə apardıq. Strateji vəzifələrimiz olan bütün istiqamətləri müzakirə etdik. Bu, bu hökumətin tanınmaması, qeyri-qanuniləşdirilməsidir”, – Elene Xoştariya deyir.
Məlumat üçün bildirək ki, bu gün, noyabrın 28-də “Güclü Gürcüstan” koalisiyasının liderləri də Atoneli iqamətgahında prezidentlə məsləhətləşmələr aparıblar.