Andro Çiçinadzenin vəkili Tornike Miqineişvilinin sözlərinə görə, prokurorluq yanvarın 16-na təyin edilmiş prosesin martın 12-dək təxirə salınmasını xahiş edir, onun izahatına görə, bu, işə açıq baxılmasını yubatmaq cəhdidir.
“Məqsəd qeyri-qanuni həbs edilmiş şəxslərin işinə vaxtında başlamamaq və istintaqın əsassızlığını üzə çıxarmamaqdır”, – Miqineişvili yazıb.
Vəkilin sözlərinə görə, prokurorluğun vəsatəti əsassızdır və qanunun tələblərinə ziddir. “İstintaq orqanı indiyədək ittihamı təsdiq edəcək konkret faktlar göstərə bilmir, nə də göstərə bilməz, çünki cinayət xarakterli fakt yoxdur”.
Migineişvili həmçinin hesab edir ki, işlərin bir icraatda birləşdirilməsi qanunsuz qərardır. “Həbs olunan şəxslər bir-birini tanımır, onlar dəstə zorakılığında iştirakda ittiham olunurlar”. – yazır.
Müdafiə tərəfi sabah məhkəməyə vəsatət verəcək.