Prokurorluq Andro Çiçinadzenin məhkəməsini təxirə salmağa çalışır – Vəkil

Andro Çiçinadzenin vəkili Tornike Miqineişvilinin sözlərinə görə, prokurorluq yanvarın 16-na təyin edilmiş prosesin martın 12-dək təxirə salınmasını xahiş edir, onun izahatına görə, bu, işə açıq baxılmasını yubatmaq cəhdidir.

“Məqsəd qeyri-qanuni həbs edilmiş şəxslərin işinə vaxtında başlamamaq və istintaqın əsassızlığını üzə çıxarmamaqdır”, – Miqineişvili yazıb.

Vəkilin sözlərinə görə, prokurorluğun vəsatəti əsassızdır və qanunun tələblərinə ziddir. “İstintaq orqanı indiyədək ittihamı təsdiq edəcək konkret faktlar göstərə bilmir, nə də göstərə bilməz, çünki cinayət xarakterli fakt yoxdur”.

Migineişvili həmçinin hesab edir ki, işlərin bir icraatda birləşdirilməsi qanunsuz qərardır. “Həbs olunan şəxslər bir-birini tanımır, onlar dəstə zorakılığında iştirakda ittiham olunurlar”.  – yazır.

Müdafiə tərəfi sabah məhkəməyə vəsatət verəcək.

Total
0
Shares
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki Məqalə

Qripə bənzər infeksiyalara yoluxma halları 4 həftədir ki, artmaqdadır – Səhiyyə Nazirliyi

Növbəti Məqalə

Qəzadan 10 gün əvvəl təyyarə yarı yoldan geri qayıtmışdır – Əliyev

Oxşar Xəbərlər