Dolidze: Biz prokurorluqdan xahiş edirik ki, məktəbin təmiri ilə bağlı araşdırmaya başlasın
“Koalisiya Güclü Gürcüstan” təşkilatının liderlərindən olan Ana Dolidze məktəblərin təmiri ilə bağlı prokurorluğa ərizə ilə müraciət edərək, araşdırmaya başlamağı xahiş edib.
“Bu gün biz Gürcüstanın Baş Prokurorluğuna gəldik və ən ciddi məsələ ilə bağlı bəyanat verdik – bu, yüzlərlə məktəbin təmirinin ləngiməsidir, nəticədə minlərlə uşaq və valideynlər əvvəlki illərdə olan kimi bu il də zərər çəkəgəklər. Biz burada açıq-aşkar korrupsiya marağı görürük ki, bəzi dövlət qulluqçuları bir neçə planlı tikinti və uğursuz təmir işləri ilə „əllərini qızdırıblar”.
Əvvəlki təhsil naziri Qiorqi Amilaxvarın „evə qayıtmaq” açıqlaması qəbuledilməz bir termin olduğunu düşünürük. Çünki bu gün Gürcüstan xalqına bu məsələ ilə bağlı prokurorluqdan konkret suallara cavab lazımdır: bu tenderlər niyə baş tutmadı, məktəblərin təmiri niyə ləngidi? Bu gün biz prokurorluqdan tələb etdik ki, faktla bağlı dərhal araşdırma başlansın”, – deyə Dolidze bildirib.