Vladimir Putin ABŞ və Böyük Britaniyanı müharibə ilə hədələyir. İşğalçı ölkə prezidentinin sözlərinə görə, buna səbəb ABŞ Ukraynaya öz silahlarından Rusiya ərazisində istifadə etməyə icazə verəcəyidir.
“The Times” qəzeti yazır ki, Böyük Britaniyanın baş naziri Keir Starmer və ABŞ prezidenti Co Bayden cümə günü Ağ Evdə Ukraynanın Rusiyaya qarşı “Storm Shadow” raketlərindən istifadəsinə icazə verilməsi ilə bağlı danışıqlar aparacaq. Rusiyanın İrandan 200-dən çox ballistik raket alması ilə bağlı Qərbin “əhəmiyyətli eskalasiya” kimi qiymətləndirdiyi halda, onların məsələ ilə bağlı razılığa gəlməsi gözlənilir.
Neytral.ge xəbər verir ki, cümə axşamı Rusiya dövlət televiziyasında çıxış edən Putin bu addımın “münaqişənin xarakterini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini” vurğulayaraq, Moskvanı cavab verməyə məcbur edib.