Vladimir Putin Gürcüstanda demokratiyanı sarsıtmaq üçün hər şeyi edəcək pis diktatordur, bunun nəticələri olmalıdır – MEGOBARI Aktının yenidən təqdim olunduğu Konqresin ilk iclasında Respublikaçılar Partiyasından ABŞ konqresmeni Riçard Hudson bildirib.
“Vladimir Putin Gürcüstanda demokratiyanı sarsıtmaq üçün hər şeyi edəcək pis diktatordur və bunun nəticələri olmalıdır. Bu qanun layihəsi ABŞ-ın gürcü xalqının demokratik istəklərinə dəstəyini gücləndirir və açıq şəkildə bildirir ki, biz onların azadlığına hücumlara dözməyəcəyik. “Riçard Hudson bildirir.
Həmin iclasda Demokratlar Partiyasının konqresmeni Stiv Koen İvanişvilini korrupsioner adlandırıb:
“Korrupsioner İvanişvili və onun “Gürcü kabusu” partiyası Gürcüstanı Rusiyanın müstəmləkəsinə çevirir. Müstəqil müşahidəçilər oktyabrın sonunda keçirilən seçkilərin kökündən qüsurlu olduğunu deyirlər, rejim quldurları azad və ədalətli seçkilər tələb edən nümayişçiləri təqib edir və həbs edir. Gürcü xalqı transatlantik marşruta qayıtmağı tələb edir və biz onlara kömək etməliyik. MEGOBARI Aktı bu yardımı Putinin etibarlı adamlarına qarşı sanksiyalar tətbiq etməklə və Gürcüstanın demokratiyası və suverenliyinin bərpası halında münasibətləri dərinləşdirməklə təmin edir”, – Stiv Koen bildirib.